Paintingoftheday Photos & Videos on Instagram

Report inappropriate content

jennedediva

0

tennyson_wood

0

pauldddo

The grandkids are coming The grandchildren are coming to stay for a couple of days, they'll be good as gold for a while stroking rusty, then there'll be a row about who's turn it is with the tv remote and rusty will get excited and join in. Then peace will decent on the house at bedtime #grandchildren #kidsplay #dog #dogfun #dogplaying #tv #remote #bedtime #reading #books #teddybear #dolly #grandparent #love #scribbleandsplat #scribble #slap #splat #pen #penandink #ink #fortheloveofart #Painting #pauldddo #paintingoftheday #paintingforfun #paintingart #originalartwork #watercolour

0

chuckmaierart

0

sedoschka

0

emmanuellesuprin

1

roland_hanak

0

rusartculture

0

narbiprice

‘Untitled Postbox Painting (15/06/96)’ Acrylic on Paper, 55 x 75cm, 2016, Private Collection, Germany Repost from @paintbritain on Instagram: “Painting of the Day #PaintBritain, Untitled Postbox Painting, Narbi Price @narbiprice #PotD…” - Painting of the Day #PaintBritain, Untitled Postbox Painting, Narbi Price @narbiprice #PotD #paintingoftheday #contemporarypainting #paintbritain #painting

2

samerkhodeir

1

thatwitchyguy

0

artmiracles

1

kelseyevansart

0

collegeartshow

Go check out my bio for a link to the new Facebook Group I just launched where you can show off your art and be part of a community of great artists like yourself!!! ALSO once enough people join there will be contests where you can enter your art for cash prizes of over $200!! #art #artoftheday #artistsoninstagram #drawingoftheday #illustration #draw #instaart #photooftheday #instapic #naturephotography #creative #ig_art #artoninsta #instaartist #digitalart #dailyart #abstractart #collegeart #artcollector #paintingoftheday #drawingtime #illustrationart #illustratorsofinstagram #conceptart #photoart #draw #fanart #sketch #sketchbook #sketching

0

paintbritain

Painting of the Day #PaintBritain, Untitled Postbox Painting, Narbi Price @narbiprice #PotD #paintingoftheday #contemporarypainting #paintbritain #painting

0

christianantic

Love . 80x80cm . . . #love #red #feelings

1

muhammedemam_

22

art_by_birra

1

art_by_birra

1

art_by_birra

1

art_by_birra

1

art_by_birra

1

ilahas_art_world

🔸rəssam/artist: Iman Maleki 🔸rəsm tablosunun adı/title of the painting: “A girl by the window” / “Pəncərə qarşısındakı qız” 🔸tarixi/date: 2000

3

ilahas_art_world

Detallar üçün şəkilləri vərəqləyin🌿 🔸rəssam/artist: Adolphe-Alexandre Lesrel/Adolf Aleksandr Lesrel 🔸rəsm tablosunun adı/title of the painting: “Ölmüş zanbaq” / “The lily is dead” 🔸tarixi/date: 1873

4

ilahas_art_world

Ətraflı məlumat üçün şəkilləri vərəqləyin🌿 🔸rəssam/artist: Xalidə Səfərova/Khalida Safarova 🔸rəsm tablosunun adı/title of the painting: “Yol qırağında” / “In the roadside” 🔸tarixi/date: 1989

19

ilahas_art_world

Ətraflı məlumat üçün şəkilləri vərəqləyin🌿 🔸rəssam/artist: Kamal Əhməd/Kamal Ahmad 🔸rəsm tablosunun adı/title of the painting: “İşığa doğru” / “To the light” 🔸tarixi/date: 1980

6

ilahas_art_world

Ətraflı məlumat üçün şəkilləri vərəqləyin🌿 🔸rəssam/artist: Kamal Əhməd/Kamal Ahmad 🔸rəsm tablosunun adı/title of the painting: “Lampa ilə natürmort” / “Still life with lamp” 🔸tarixi/date: 1986

3

ilahas_art_world

Ətraflı məlumat üçün şəkilləri vərəqləyin🌿 🔸rəssam/artist: Niyaz Nəcəfov/Niyaz Najafov @niyaznadjafov . 🔸rəsm tablosunun adı/title of the painting: “Sarı” / “Yellow” 🔸tarixi/date: 2015

3

ilahas_art_world

Ətraflı məlumat üçün şəkilləri vərəqləyin🌿 🔸rəssam/artist: Mir Nadir Zeynalov 🔸rəsm tablosunun adı/title of the painting: “Somnambul” / “Somnambulist” 🔸tarixi/date: 2002 ✔️ Somnambulism-yuxuda gəzmə,yuxuda olarkən hərəkət etməkdir.Somnambulistlərdə yuxuda olarkən yəni yatmış olarkən gəzmək halı müşahidə olunur.

2

ilahas_art_world

Ətraflı məlumat üçün şəkilləri vərəqləyin🌿 🔸rəssam/artist: Aida Mahmudova @aidasaya 🔸rəsm tablosunun adı/title of the painting: “Məxsus olmadığımız məkanda” / “Somewhere we don’t belong” 🔸tarixi/date: 2015

2

ilahas_art_world

Ətraflı məlumat üçün şəkilləri vərəqləyin🌿 🔸rəssam/artist: Qəyyur Yunus/Gayyur Yunus 🔸rəsm tablosunun adı/title of the painting: “Yaylaqda” / “In the plain” 🔸tarixi/date: 1983 ••• 📝 Qəyyur Habil oğlu Yunusov (qısaca adı ilə Qəyyur Yunus) 1948-ci il martın 26-da Əmircan kəndində anadan olmuşdur.Azərbayacanın tanınmış rəssamlarından biridir. Rəssamın sənət işləri Almaniya,Türkiyə,ABŞ,Fransa,Norveç,Finlandiya,Danimarka, Hollandiya,Suriya,İngiltərə, Polşa,Əlcəzair,İran və Rusiyada həm dövlət,həm də şəxsi kolleksiyalarda saxlanılır.. ▪️1995-ci ildə “Humay” mükafatına layiq görülmüşdür.. ▫️2011-ci ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir. ✔️2015 ci ildə “Xalq rəssamı” fəxri adı ilə də təltif edilmişdir. ***

8

ilahas_art_world

Ətraflı məlumat üçün şəkilləri vərəqləyin🌿 🔸rəssam/artist: Aida Mahmudova @aidasaya 🔸rəsm tablosunun adı/title of the painting: “Adsız” / “Untitled” 🔸tarixi/date: 2014 ••• 📝 Rəssam Aida Mahmudova öz peyzaj və yarımabstrakt əsərlərində işıq,rəng və materiya ilə eksperimentlər aparmaqla, “özünü ifadə edən” materiallara qarşı müəyyən maraq oyatmağa müvəffəq olub.Rəssamın əsərlərində get-gedə daha çox qatlara rast gəlinir ki,bu da onun öz təcrübəsini üçölçülü sənət səviyyəsinə qədər genişləndirməsindən xəbər verir.Rəssam eyni yanaşmanı heykəltəraşlıq əsərlərinə də tətbiq etməklə,həm emosional,həm də dolğun mühitlər yaradır.Rəssamın dərin və intuitiv araşdırmaları,seçdiyi materiallar və üstünlük verdiyi prozaik kətanın fiziki xüsusiyyətləri ilə harmoniya təşkil etməklə,sevgi,itki,yaddaş və arzu kimi universal insan hisslərinin geniş spektri ətrafında cərəyan edir.Aida Mahmudovanın öz dili ilə desək, “son dərəcə zərif olan bu yaradıcılıq prosesi,insan əlləri ilə yaradılıb və bu baxımdan, fundamental prinsiplərimizdən müəyyən mənada uzaqlaşmanı ifadə edir” (c) Həqiqətən fikrimcə tablo insanı həm düşündürür,həm də çox uzaqlara aparır..🌿

3

ilahas_art_world

Ətraflı məlumat üçün şəkilləri vərəqləyin🌿 🔸rəssam/artist: Rasim Babayev/Rasim Babaev 🔸rəsm tablosunun adı/title of the painting: “Müharibə veteranı” / “The war veteran” 🔸tarixi/date: 1974

3

ilahas_art_world

Ətraflı məlumat üçün şəkilləri vərəqləyin🌿 🔸rəssam/artist: Əmrulla İsrafilov/Amrulla Israfilov 🔸rəsm tablosunun adı/title of the painting: “Soyuq yuxu” / “Cold dream” 🔸tarixi/date: 2013 ••• 📝Əmrulla israfilov . ▪️1962-ci ildə Quba şəhərində anadan olmuşdur. ▫️ 1993-cü ildə Bakı Dövlət Rəssamlıq İnstitutunun qrafik sənət fakültəsini bitirmişdir. ✔️Rəssamlar İttifaqının üzvüdür. Almaniya,Yaponiya,İngiltərə,Fransa və Türkiyədə keçirilmiş bir sıra sərgilərdə iştirak etmişdir.

3

ilahas_art_world

Ətraflı məlumat üçün şəkilləri vərəqləyin🌿 🔸rəssam/artist: İqor Juk/Igor Zhuk 🔸rəsm tablosunun adı/title of the painting: “Abşeronda” / “In the Absheron” 🔸tarixi/date: 1979

1

ilahas_art_world

Ətraflı məlumatlar üçün şəkilləri vərəqləyin🌿 🔸rəssam/artist: Cavad Mircavadov/Javad Mirjavadov 🔸rəsm tablosunun adı/title of the painting: “Qadın həvəngdəstə ilə” / “Woman with mortar” 🔸tarixi/date: 1975

4

ilahas_art_world

Ətraflı məlumat üçün şəkilləri vərəqləyin🌿 🔸rəssam/artist: Tağı Tağıyev/Taghi Taghiyev 🔸rəsm tablosunun adı/title of the painting: “Qadının istirahəti” / “The rest of the woman” 🔸tarixi/date: 1965

2

ilahas_art_world

Ətraflı məlumat üçün şəkilləri vərəqləyin🌿 🔸rəssam/artist: Tağı Tağıyev/Taghi Taghiyev 🔸rəsm tablosunun adı/title of the painting: “Heyva,xurma” / “Quince,persimmon” 🔸tarixi/date: 1964 ***

3

ilahas_art_world

Əraflı məlumat üçün şəkilləri vərəqləyin🌿 🔸rəssam/artist: Mikayıl Abdullayev/Mikayil Abdullaev 🔸rəsm tablosunun adı/title of the painting: “Dağlarda göl” / “Lake in the mountains” 🔸tarixi/date: 1960 *** #mikayilabdullayev

1

ilahas_art_world

Əlavə məlumat üçün şəkilləri vərəqləyin🌿 🔸rəssam/artist: Toğrul Nərimanbəyov 🔸rəsm tablosunun adı/title of the painting: “1937” 🔸tarixi/date: 1990 ••• #togrulnarimanbekov

2

ilahas_art_world

Əlavə məlumat üçün şəkilləri vərəqləyin🌿 Sərgi hələ davam edir baş çəkə bilərsiniz🤗 🔸rəssam/artist: Niyaz Nəcəfov/Niyaz Najafov 🔸tablonun adı/title of the paintlng: Adsız/Untitled . 🔸tarixi/date: 2018 •••

3

ilahas_art_world

Əlavə məlumat üçün şəkilləri vərəqləyin🌿 🔸rəssam/artist: Eldar Qurbanov/Eldar Gurbanov 🔸tablonun adı: “Güzgüyə baxan” / “Looking to the mirror” . 🔸tarixi/date: 1975 ***

1

ilahas_art_world

Ətraflı məlumat üçün şəkilləri vərəqləyin🌿 🔸Rəssam/Artist: Kamal Əhməd / Kamal Ahmad 🔸Tablonun adı/Title of the painting: “Şərqin faciəsi” / “Tragedy of the East” 🔸Tarixi/Date: 1985-1986 ••• 📝 İncəsənətə sevgisi hələ uşaq ikən uşaq evində başlamışdı.Müharibədən sonrakı  ağır illərdə uşaq evləri analarını,cəbhəçi atalarını itirən müxtəlif yaşlı uşaqlarla dolu idi.Onlardan biri də rəssam Kamal Əhməd idi.O çox özünə qapanıq olardı,nələr çəkdiyini heç kimə danışmaz,ürəyini heçkəsə açmazdı.Onun həyatda  əsas dayağı incəsənət idi.Həyatının sonrakı dönəmlərində,ailə qurduğ vaxtlarda sevimli qızı dünyaya gələn dönəmdə də bu dəyişmədi.Nəyin bahasına olursa olsun çətinliklərə sinə gərdi və sevimli işindən əl çəkmədi.Şəxsi duyğuların yerini artıq ailə portretləri alırdı.Və rəssam müxtəlif mövzuları bir araya gətirməyi ustalıqka bacarırdı.Azərbaycanın müasir incəsənət tarixində özünəməxsus yeri olan rəssamın işləri mədəni irsimizin dünyaya çatdırılmasında əvəzsiz töhfəyə malikdir.

1

ilahas_art_world

Ətraflı məlumat üçün Şəkilləri vərəqləyin🌿 🔹rəssam/artist: Nadir Qasımov/Nadir Gasımov 🔹tablonun adı/title of the painting: “Hayqıran dəniz” / “The crying sea” .🔹tarix/date: 1976 ••• 📝”Yarat!”-ın çox yaxınlığında yerləşən XX-XXI əsrlər Azərbaycan rəngkarlığı muzeyindəki @azerbaijani_museumofart xoş təəssüratlarımı bölüşmək istərdim.İlk öncə bu gözəl mərkəzə çəkilişə icazə verdikləri təşəkkür edirəm.Xoş qarşılanma,gülərüz və səmimi işlərini yüksək səviyədə icra edən kollektiv məndə çox gözəl aura yaratdı.Ölkəmizdə də belə mərkəzlərin olması qürurvericidi.İndi isə keçəm əsas məsələyə.Dünən bu muzeydə “Yaratın!” @yaratcontemporaryartspace təşkilatçılığı ilə baş tutan “Əmək,İstirahət və Xəyallar 1960-1980 ci illər Azərbaycan rəssamlarının gözləri ilə” sərgisi ilə yaxından maraqlandım.Əsərlər və onlar barəsində çox gözəl məlumatlar aldım.Siz də boş vaxtlarınızda gedib rəssamlar və onların sənət əsərləri ilə yaxındam tanış olub ətraflı məlumat ala və eyni zamanda ruhunuzu qidalandıra bilərsiniz.Sərgiyə baş məkməyi unutmayın dostlar🤗

1

ilahas_art_world

Əlavə məlumatlar üçün Şəkilləri vərəqləyin🌿 Eldar Qurbanov “Ulduzlarla oynayan qadın” / “A woman playing with stars” ,1985

1

ilahas_art_world

Şəkilləri vərəqləyin🌿 Eldar Qurbanov “Yuxu” / Eldar Gurbanov “Dream” ,2007 *** 📝Eldar Qurbanov Azərbaycanın əməkdar rəssamı,Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.Rəssam müxtəlif janrlarda,primitivizm və abstrakt üslublarında əsərlər yaratmışdır.Əsərləri dünyanın bit çox qabaqcıl ölkərində sərgilənmiş və əməkdar rəssamın incəsənət nümunələri daima diqqət mərkəzində olmuşdur. ✔️dostlar sərgiyə baş çəkməyi unutmayın🤗

2

ilahas_art_world

@niyaznadjafov Niyaz Nəcəfov “Ağaca sarılmış” / Niyaz Najafov “Embracing a tree” ,2015 *** 📝Dostlar bildiyiniz kimi bugün “Yay gallery” @yaygallery de “Cismani peyzajlar” adlı qrup sərgisi və oradakı əsərlər ilə yaxından tanış oldum.Azərbaycanın bir sıra istedadlı rəssamlarının əsərlərindən nümunələr həm göz oxşayır,eyni zamanda düşündürürdü. ✔️Rəsm tablosunun müəllifi Müasir Azərbaycan rəssamlığının ən qabaqcıl üzvlərindən biri Niyaz Nəcəfovdur.Üslubu emossional və bir o qədər ifadəlidir.Belə ki,həyatı,ətrafdakı hadisələri və onlara baxışını özünəməxsıs şəkildə “bədii dil” ilə əsərlərində ifadə edir.Yaradıcılığında əsasən qaranlıq palitradan istifadə edərək fikrini incəsənət sevərlərə çatdırır.Əsərlərdə ümumbəşəri mövzular ilə adi həyat arasında bir vəhdət təşkil edildiyini görmək olar.bu paralel yanaşma rəssamın yaradıcılığını xarakterizə edir.. *** #niyaznajafov

2

ilahas_art_world

(Şəkilləri vərəqləyin🌿) 📝 Bügun ilk getdiyim məkan Azərbaycanlı rəssam Əli Şəmsinin @alishamsi_artpage evi-şəxsi emalatxanası(eyni zamanda rəsmlərinin və bir neçə tarixi eşyalarının yer aldığı məkan)idi.Bir neçə ildir rəssamın işləri ilə yaxından tanış olmaq istəyirəm.Lakin böyük təəssüflə qeyd edim ki,qapı bağlı olduğundan rəssamın dünyası ilə daha yaxından tanış ola bilmədim.Amma heç də üzülmədim,əvəzinə içərisi qədər möhtəşəm olan çölünün detallarını izlədim.Turistlər və yerli əhalinin marağı hədsizdir. 🔸”Qız ağacı/The girl tree” tut ağacı üzərində işlənmiş əsərdir.Uzaqdan insanı özünə çəkir. -Bakıda street art-ın möhtəşəmliyini evin divarlarından da sezmək olur- 🔸 “3 lük” (“Троица”/“Trinity”) əsəri isə bir ayrı cazibəyə malikdir. Bu street art İçərihərin simvolu olmaqla yanaşı özündə birçox mənaları ehtiva edir.Belə ki, rəsmə diqqətlə baxsaq görərik ki,üst qismində aslan,canavar,pələng və it kimi müxtəlif təsvirlər göz önünə gəlir.Bu simvolik heyvanlar “müdriklik/ağıl,xeyirxahlıq və cəsarət kimi rəmzi mənaları ifadə edir”. Möhtəşəm əsər yağlı boya ilə tamamlanıb.Və Aslanın gözlərinə nəzər alsaq orada rəssamın imzasını görməy olar.. ✔️“İçərişəhər canlı muzeydir” deyən rəssam bunu əsərləri ilə də xalqa nümayiş etməyə çalışır və bacarır.Həqiqətən bu obrazlar,bu rənglər şəhərin mühitinə ahəng qatır və onu Azərbaycan memarlığının unikal nümunəsinə çevirir. ***

2

ilahas_art_world

William-Adolphe Bouguereau(Vilyam Buqro) “At the fountain” / “Çeşmədə(bulaqda)” ,1897

1

ilahas_art_world

Norman Rockwell “Girl with black eye” / “Qara gözlü qız” ,1953 ••• 📝 Lolita’nın müəllifi məşhur yazıçı Vladimir Nabokov “Pnin” adlı kitabında onun haqda bəhs edərkən deyirdi: “Dali əslində Norman Rockwell’in uşaq vaxtı Qaraçılar tərəfindən qaçırılmış əkiz qardaşıdır.” Bir İnsanın ruhu digərinə bu qədərmi bənzər..🌿 *** p.s-💐💐💐Son zənginiz mübarək əziz məktəblilər!📚📖

3

ilahas_art_world

Viladimir Kush “Eye of the needle” / Viladimir Kuş “İynə gözü(dəliyi)” ••• 📝Dini məzmun ehtiva edən bu əsərə açıqlama məhz müqəddəs kitablardan ayələr və lukalarla verilməlidir.Məsələn,rəsmdəki mənzərə və təsvirə baxanda daha haqqında daha çox bilgim olan Füzuli və onun “Divan”ı və bu beyti gəldi⤵️ Bu qəmlər ki mənim vardır bəirin başına qoysan, Çıxar kafər cəhənnəmdən,gülər əhli-əzab oynar (Füzuli “Divan”dan parça) ✔️Qurandakı Araf surəsi 40cı ayədən istifadə edilib.ayədə deyilir ki, dəvə iynənin gözündən keçənə qədər kafirlər cəhənnəmdə qalacaqlar;dəvə isə heç vaxt iynənin gözündən keçə bilməyəcəyinə görə cəhənnəm onlara əbədi məskəndir.Və şairin qəm yükü о dərəcədə ağırdır ki,əgər bəirə("bəir" ərəb dilində eyni zamanda "dəvə"deməkdi) yüklənsə,dəvə elə vəziyyətə düşər ki,arıqlayar əriyər iynənin gözündən keçər və əzab əhli olan kafirlər də cəhənnəmdən xilas olub sevinərlər. ✔️İncil(Bibliya) isə məsələyə bucür toxunur: “‪Dəvə iynənin gözündən daha rahat keçə bilər,nəinki dövlətli Cənnətə‬” (Matta ‪XIX,24‬) ‪✔️Müqəddəs səmavi kitablardan olan Tövrat da məsələyə eyni yanaşır.‬ ‪🔸Nəticə etibarilə müqəddəs kitabların yanaşması eynidir.Və rəssamın yaratdığı bu surreal təsvirdəki anlam da qeydlərlə üst-üstə düşür.Varlı amma ruhən və qəlbən kasıb İnsanoğlu Allahın Cənnətinə(“Kingdom of God”)girməyə çalışır amma bu mümkün olmayacaq.‬

3

ilahas_art_world

Unknown artist. “Seaman” / Naməlum rəssam. “Dənizçi”

1

ilahas_art_world

Şəkilləri vərəqləyin🦋 Thomas Lamadieu “Sky art” illustrations collection / Tomas Lamadye “Səma incəsənəti” illüstrasiyalar kolleksiyası

3

ilahas_art_world

Natalia Milashevich “Girl with a cock” / Nataliya Milaşeviç “Xoruzla qız” ,2001

1

ilahas_art_world

Viladimir Kush “Black purse” / Viladimir Kuş “Qara pul qabı” ,1999

20

ilahas_art_world

Paul Lung “Kittens” / “Bala pişiklər” ,2005

2

ilahas_art_world

Rauf Canıbəyov “Yaşlı kloun” / Rauf Janibekov “The Old clown” ,2007

1

ilahas_art_world

Fransız rəssamlar qrupu “Maentis” in “Tərəqqinin 99 addımı” adlı illustrasiyalar toplusundan bir illustrasiya. “Wisdom” / “Ağıl(müdriklik)”

1

ilahas_art_world

Vladimir Kush “Redwood cutting” / Vladimr Kuş “Qırmızı meşənin kəsilməsi” ,2011

14

ilahas_art_world

Mikalojus Konstantinas Čiurlionis “Leo♌️” / Mikolayous Çürilönis “Aslan♌️(Günəş Aslan bürcünə daxil olur)” ,1907 ••• 📝Litva əsilli peşəkar bəstəkar və eyni zamanda rəssam olan Çürlönis əsərlərində əsas yeri bəşəri mövzular,insanın dünyadakı yeri mövqeyi və başqa bu kimi əhəmiyyətli bəzən isə sirli mövzular tuturdu.Bu əsər daxil olmaq 12bürcün zodiakal təsvirini yaradıb.Günəşin bu bürclərdə hər il təkrarlan dövri səyahətini simvolik şəkildə təsvir edərək bu seriyada möhtəşəm əsərlər yaradıb.Mistik tonlar insanı məftun edir.

2

ilahas_art_world

Paulus Potter “Dog-hound” / “Ov iti” ,1652-1653

1

ilahas_art_world

Edward Burne “The mirror of Venus” / “Veneranın güzgüsü” ,1875 ••• 📝 Zöhrə ulduzuna "Venera " deyən yunanlar,"Afrodita" adlandıran romalılar onu gözəllik ilahəsi kimi qəbul etmişdilər.Düşünmüşlər ki,bu səyyarə insanlarda gözəllik, ülviyyət,məhəbbət aşılayır.Cümə günü Venera insanlara daha güclü təsir buraxır.Venera səyyarəsinin qrafik şəklini dairənin altına yapışan xaç kimi təsvir etmişlər.Bu şəkilə Veneranın güzgüsü demişlər. "Veneranın güzgüsü" rəsmi Venera səyyarəsini rəmzləşdirməklə bərabər,həm də qadın cinsini simvollaşdırır.Və həmin işarə də qadını simvolizə edir-🚺 Bu ulduz altında doğulan qadınlara Venera planeti xüsusi gözəllik və cazibə verir(məsələn:oğlaqlar).

4

ilahas_art_world

Rauf Canıbəyov “Flamenko” / “Flamenco” . *** 📝 Bu rəqs ispan xalq rəqs və musiqisidir.Flamenko Əndəlüsdə yaranmış musiqi və rəqs növüdür.XVIII əsrə aid olan və flamenko kimi tanıdığımız bu rəqs əndəlüs rəqs və musiqisinə əsaslanır.Bəzi fərziyyələr flamenko janrının adını flaminqo quşunun adı ilə əlaqələndirirlər.Onların birində deyilir ki,flamenko rəqsinin adı məhz bu addan götürülüb,çünki bu rəqsi ifa edənlərin görünüşü və bədən quruluşu bu quşları xatırladır.Flamenko gitarası,Klassik gitara,paliyos(palillos),palmas və kaxon (cajón) kimi alətlər musiqinin və rəqsin ərsəyə gəlməsində istifadə edilir. ✔️ bu rəqs qaraçı-mur mənşəli rəqsdir. Əndəlüsdə(müsəlmanlar,inmiqrantlar, yəhudilər,qaraçılar və başqa) baş vermiş mədəni oyanışla bağlı bu rəqsi oynayıt musiqilərini ifa edirblər,bugünümüzdə də edirlər.Qaraçılar dünyanın bir çox yerlərində var və flamenko Əndəlüsdə yaranmasına baxmayaraq,dinindən və etnik tərkibindən asılı olmayaraq bütün digər Əndəlüsdə yaşayanların zəngin irsi hesab olunur.İndi flamenko Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi və Əndəlüs etnologiyasının Qeyri-maddi Mədəni İrsi hesab edilir.🎶💃🏻

1

ilahas_art_world

Jan Steen “The dentist” / “Diş həkimi” ,1651 🙄😧😓

3

ilahas_art_world

Michelangelo Buonarroti (Mikelanjelo) “Sybilla Libica” / “Sibilla Libica” ,1512 ••• “Nə istəyirsən?” “Ölmək istəyirəm!” ••• 📝Sibylla-rahibələrə verilən ümumi addır.Yunan mifalogiyasında haqqında bir neçə əfsanə də var.Onlardan birinə görə Apollon gənc,gözəl bir rahibəyə aşiq olur.Və ağzından çıxacaq ilk şeyi edəcəyini vəd edir.Sibilla isə uzun ömür istəyir,lakin,əbədi gənclik istəməyi unudur.Apollon gənc rahibəyə bakirəliyi qarşılağında əbədi gənclik vəd etsə də qız bunu rədd edir.Münasibətlər pozulur.İllər keçir rahibə yaşlanır,lap qocalıb əldən düşür.Sonda büzüşür və mayböcəyinə dönür.Apollona sitayiş edilən məbədə gedir və bir orada bir qəfəsə qonur.Məbədə gələn uşaaqlar ona “nə istəyirsiniz Sibilla?” deyə sual verdiyində “Ölmək istəyirəm” deyə cavab verərmiş. ✔️Hal-hazırda Vatikanda Müqəddəs Papanın rəsmi iqamətgahında yerləşən Sistina kilsəsinin(Cappella Sistina) tavanında və digər fərqli hissələrində yer alan kahin qadın fiquru kimi də məlumdur.Gələcəkdən bəhs edən ömrünü dinə həsr etmiş və daima ağzından ilahilər eşidilən rahibələr kimi vəsf edilir.

2

ilahas_art_world

Giuseppe Arcimboldi “Aquarium” / “Akvarium” ,1566

1

ilahas_art_world

“Bakı-uşaqlığımızın şəhəri,inamımızın şəhəri,cənnət şəhərimiz,nağıl şəhərimiz...” 🔸Rəssam: Rauf Canıbəyov . 🔸Rəsm əsəri: “Artıq olmayan küçə” ,2014 ✔️Keçmis Sovetski küçəsi..🎶

3

ilahas_art_world

George Wolfe Plank cover of “Vogue” 1 august 1918 / Amerikalı rəssam illustratorun “Vogue” jurnalı,1918 ci il 1 avqust sayının üz qabığı üçün çəkdiyi əsər

1

ilahas_art_world

Nikolay Bogdanov Belsky “New fairytale” / “Təzə nağıl” ,1891

4

ilahas_art_world

Antoon Van Dyck “Love and Psyche” (Eros and Psyche) / “Eşq və ruh” ,1640 ••• Burada “Love” yəni eşq-Sevgi tanrısı Erosu simvolizə edir.Çılpaq bakirə isə onun sevdiyi gözəl gənc qız Psyce(yunanca:kəpənək və ruh deməkdir.ölümdən sonra bədəni tərk edən kəpənək).Kralın 3qızı içində ən gözəlidir.O qədər gözəldir ki,gözəllik ilahəsi Aftodita məbədi artıq ziyarətsiz qalır,xalq ölü ruh olmasına rəğmən Psyce(ruh) sitayiş etməyə hazır olur.Afrodita buna qəzəblənir.Oğlunu(✔️qeyd edim ki,Eros Afrodita və Aresin oğludur) onu dünyadakı lənətlənmiş ən çirkin,ən axmaq,ən pis kişiyə aşiq etmək tapşırığı verib ruhun yanına göndərir.Amma Eros qızın gözəlliyi qarşısında aciz qalıb ona özü ona aşiq olur:)Üzünü və kimliyini ondan gizlədərək hər gecə görüşünə gəlirdi.Əvəzində qıza əbədi eşq və ölümsüzlük vəd etmişdi.Lakin,bir gün qız vədi pozur Eros yatarkən şam yandırır üzünü görür,şam əriyərək damcı Erosun sinəsinə düşür və oyanır.Dərhal oradan uzaqlaşır.Bir müddət ayrılıq yaşanır.Psyce (ruh) Afroditanın sarayında xidmətçilik edir.Sonradan digər tanrı Zeusun köməyilə,Psyche(ruh) sevdiyi Erosa qovuşur.Onlar evlənir və əbədi ölümsüzlüyə qovuşurlar.Sonda sevgi qalib gəlsə də,insan ruhunun və eşqin daima nəfsə yenik düşməsi,eşqin məsumiyyətinin şübhəyə yenilməsi məsələsini vurgulamaq lazımdır.📝

3

ilahas_art_world

Laura Knight “The flower” / “Çiçək” ,1911 #lauraknight

1

ilahas_art_world

Şəkilləri vərəqləyin🦋 Pol Qoqen “Biz kimik? Biz haradan gəlirik? Biz haraya gedirik?” / “Where do come from? Who are we? Where are we going?” ,1897-1898 ✔️📝Fransız mənşəli post-impressionist rəssam Pol Qogen.Afrika və Asiya incəsənətinə,xüsusilə də Yapon folklor,mədəniyyət və incəsənətinə meyl edirdi.Bir gün ilə bağlı Qoqeeni depressiya düşür.intihara qərar verir.Amma ölümdən qabaq bir rəsm çəkir.Elə bir rəsm ki,vəsiyyətnamə kimi qalsın.Rəsmi bitirir zəhər qutusunu alır və dağlara çəkilir. 🔹Əsərdəki obrazların mənası⤵️ 1.Yatmış uşaq -Yer üzünə gəlməmiş insan ruhunu simvolizə edir.Sənətşünas Marina Prokofyeva deyir ki,”Qoqen mistikaya inanırdı və sufiliklə maraqlanır,fikirləşirdi ki,insan ruhları dünyaya gəlməmişdən uşaq cildində göylərdə olur”. 2-İt:Bədbəxtliyə işarədir.İnsanların bədbəxtliklərini öncədən xəbər verir. 3-Üç qadın:İnsan ruhunun cismani pərdədə gəlişini bildirir edir və özünüdərketməyə can atır.“Bu qadınlar özünütənqiddə batıb qalmır,,özlərindən şübhə etmir,fikirləşmədən özlərini maddi-təminatın xoşbəxtliyinin ixtiyarına verirlər”-Marina Prokofyeva. 4-Kişinin ağacdan yaxşılıq və pislik meyvəsini dərməsi: İnsanda kainat sirrinə qarşı oyanma anlayışını simvolizə edir. Bir sufi kimi Qoqen bilirdi ki,dünyanın yaranma sirrinə həvəs insanda əvvəlcədən var idi,kimisində bu həvəs oyanırdı, kimisində isə yox. 5-Əli başında olan insan fiquru: Burada Qoqen insanın ikinci bilik mərhələsini canlandırır,“lənətəgəlmiş suallar”a cavab tapmayanda ümüdsizlik yaranır. 6-Qırmızıda olan iki insan fiquru : “Marina Prokofyeva deirdi ki:Qoqenin çəkdiyi rəsmdə,insan ruhunun üçüncü mərhələsini canlandırır,orda insan təhlil etmək bacarığını əldə edir.Burada 2 müdrik insan bir-birlərinin fikirlərini yoxlayırlar. 7-Quş: Mənəvi yolun simvoludur.Qoqen bunu qədim misir incəsənətindən götürmüş üslubunda işlədirdi. 8-Qara geyimli qadın: o biliyin ən yüksək mərhələsini simvolizə edir və o,yer kürrəsinin mahiyyətini dərk etmə dərəcəsinə çatır.Ruhun məğzi ondadır ki,insan əzab və iztirabla özünü möhkəmləndirir. Qadın kədərlidir,lakin o, təmkinlidir.(davamı rəydi)📝⤵️

2

ilahas_art_world

Diego Rivera “Portrait of Natasha Gelman” / “Nataşa Gelmanın portreti” ,1953

6

ilahas_art_world

Tahir Salahov “Xəzərdə səhər” / “Morning in the Caspian Sea” ,1986 #baku🇦🇿

7

ilahas_art_world

Elmira Şahtaxtinskaya “Qutablar” 1966 ••• ✔️📝 rəssam bu əsəri yaradarkən Azərbaycan xalqının ən qədim adət-ənənələrinə,Novruz bayramına hazırlıq mərhələsində,qadınların paxlava,şəkərbura və milli şirniyyat hazırladığı mənzərəni dolğun bədii lövhələrlə və zəngin etnoqrafik çalarlarla təsvir edib.Əsər rəssamım yaradıcılığında mühüm yer tutan mövzuda işlənib və göz oxşayır. əsərləri doğma vətəni ilə yanaşı,xarici ölkələrin də muzey,qalereya və şəxsi kolleksiyalarında saxlanılır.

1

ilahas_art_world

Mauritsio Kattellan “If a tree falls in the forest and there is no one around it,so does it make a sound?” / “Əgər meşədə bir ağac düşürsə və orada ətrafda hec bir kəs yoxdursa,o səs salarmı?” ,1988 ••• ✔️📝İnstallasiyada verilən uzunqulaq,ip,televizor və ədyal simvolik məna daşıyır.İtalyanlar sənət ilə reallığı mükəmməlliklə uyuşdura bilir.İtalyan rəssam modern ruhda olan bu əsərlə dövrün reallığın çatdırır.Qərb incəsənətində tablo və təsvirlərdə uzunqulaq İsa peyğəmbəri Qüdsə aparan nəqliyyat vasitəsi kimi verilir.Lakin,müasir cəmiyyəyət üçün inanc əsaslarının yerini(Qərb inancları çərçivəsində) media,televizya və sair tutur.İnsanlar artıq İsadan çox televizyaya inanır,ibadətdən çox digər həyat tərzlərinə meyl edirlər.İnsanlar onun(Məsihin) düçüncə tərzini beyinlərini yuyacaq lazımsız məlumat və media gündəminə dəyişirlər. ✔️p.s-bu əsər xristian rəssam tərəfindən işlənib deyə açıqlamada Qərb və Xristian incəsənətinə əsasən Məsihlə bağlı açıqlama uyğundur.

5

ilahas_art_world

Famous street artist Isy and Sot/Məşhur küçə icəsənəti rəssanları İsi və Sot “Let her be free!” / “Ona azad olmağa icazə verin!” ,2016 ••• ✔️İsy və Sot qardaşlarının çəkdiyi bu rəsm İranda molla rejiminə qarşı etirazı bildirir.Hicabı və dini qaydaları iman əsasları üzrə qəbul edənlərlə əlaqəsi yoxdu.Əsər məcburən baş örtüsü(hicab) taxan qadınların etirazına həsr edilib.Qızın başındakı örtük qəfəsdən azadlığa çıxaraq uçamağa hazırlaşan quşlar kimi təsvir edilib.📝

1

ilahas_art_world

Leonardo Da Vinçi “Son axşam yeməyi” / “The last supper” ,1495-1498 ✔️Da Vinçinin bu tablosu haqda maraqlı məlumat hazırlayaraq paylaşmışdım bir neçə detalla birgə.indi isə kiçik detalları şəkilləri vərəqləyin🦋 - 📝”Güvəndiyim biri,yaxın dostum,çörəyimi bölüşdüyüm adam mənə xəyanət etdi” deyə məclisə xitab etdi,İsa.Sonra bunu izah edirərək dedi: “Sizlərdən biri məni satacaq”.(Zəbur 41:9; Yəhya 13:18, 21).Məclisdəki 12 Həvarinin hər biri təəccüblə sual verirdi: - Müqəddəs,bu mənəm?” Hətta Yehuda və İskəryut da bu sualı verirdi.Butrus Məsihin yanında oturan Yəhyaya deyir ki,bu satqının kim olduğunu ondan öyrənsin.Yəhya İsa Məsihə tərəf əyilib ondan soruşur: “Görəsən o adam kimdir?» (Matta 26:22;Yəhya 13:25). İsa peyğəmbər cavab verir: - “Çörəyi kasanın içinə batırıb kimə versəm, odur”.O, çörəyi kasaya batırıb Yəhuda İskəryuta verir və deyir: “ - İnsan Oğlu onun haqqında yazıldığı kimi gedir, amma vay onu satanın halına! O adam dünyaya heç gəlməsəydi,onun üçün daha yaxşı olardı” (Yəhya 13:26; Mətta 26:24). Bundan sonra Şeytan Yəhudanın ürəyinə girir.Yehuda artıq yolunu azıb və beləcə,İblisin istəyinə xidmət edir,bununla da o,“həlaka gedən adam”olur (Yəhya 6:64, 70; 12:4; 17:12). Məsih Yəhudaya deyir: - “Nə edəcəksənsə, tez elə”.Pul qutusu Yəhudada olduğu üçün digər həvarilər elə bilir ki,İsa Məsih ona: “Bayram üçün lazım olan şeyləri al”,deyir,ya da ona kasıblara bir şey paylamağı tapşırıq verir (Yəhya 13:27—30). Yəhuda isə İblisə ruhunu satır və gedib Məsihi satır. Pasxa yeməyi olan axşam İsa Məsih yeni bir mərasim təsis edir.O,çörəyi götürür,Allaha şükür edəndən sonra çörəyi bölür və həvarilərinə ötürür. Və deyir: “Bu çörək sizin uğrunuzda fəda ediləcək bədənimi təmsil edir. Xatirəmi yad etmək üçün bunu həmişə edin” (Luka 22:19). Həvarilər çörəyi bir-birinə ötürüb yeyirlər. Sonra İsa Məsih əlinə içində şərab olan camı götürür, Allaha şükür edir və onu da ötürüb deyir: “Bu cam sizin uğrunuzda axıdılacaq qanım əsasında bağlanan yeni əhdi təmsil edir”(Luka 22:20). Həvarilərin hər biri şərabdan içir. ✔️Müqəddəs kitab və mətnlərdə Sonuncu Şam Yeməyində İsanın Müqəddəs Kuzəni(qədəhi) sağ əlində tutaraq,həmin qədəhdən şərab içməsi bilinir(davamı rəydə)⤵️

5

ilahas_art_world

Ludwig Deutch “Furniture maker” / “Mebel düzəldən” ,1900 🔸orientalist ressamın əsərləri arasında Şərq motivləri,həyat tərzi,dünya görüşləri,adət və ənənələri,landşaft,təbiətləri kimi mövzular daha çox yer alır.📝

1

ilahas_art_world

Detallar üçün şəkilləri vərəqləyin🦋 MULTANI KARVANSARAYI / MULTANI CARAVANSERAI 🔹inşası: Azərbaycan Şirvanşahlar dövründə 🔹üslubu: Şirvan-Abşeron memarlıq məktəbi 🔹tarixi: XIV əsr 🔹ünvanı: Bakı,İçərişəhər,Qüllə küçəsi 9 🔹hal-hazırdakı vəziyyəti və əhəmiyyəti: Ölkə əhəmiyyətli mədəni tarixi abidədir.Hal-hazırda restoran kimi fəaliyyət göstərir.(“Karvansaray restoranı”) ☑️UNESCO-nun Ümumdünya Mədəni İrsi siyahısında yer alır ••• ✔️Karvansaray "Multanı" adını Pakistanın Multan şəhərinin adından almışdır.Multanı karvansarayı dəfələrlə tədqiqatlarda sonra,1973-1974 – cü illərdə bərpa edilmişdir.Azərbaycanda yüzlərlə karvansara vardır.Onlardan da biri “Multanı karvansarası”dır.Xarakterinə görə karvansaralar bir-biri ilə əlaqəsi olmayan çoxlu qonağı eyni zamanda yerləşdirməyə kömək edən əsas məkanlar olduğı üçün əlverişli sayılırdı.Buna görə də təhlükəsizlik naminə,bir-birlərini yaxşı başa düşmələri üçün eyni regiondan gələnlər birlikdə yerləşməyə çalışır,bəzən də getdikləri yerlərdə öz hesablarına karvansaralar inşa etdirirdilər.Bu artıq adət halını almışdı.İçərişəhərdə yerləşən “Buxara” və “Multanı karvansara”ları da bucür meydana gəlib.Bu tip karvansaralar həm ticarət mərkəzi,həm səfirlik,həm raitə qovşağı,həm də bu və ya digər regionun birjası rolunu oynayırdı.Zamanında Karvansarada Hindistandan gəlmiş tacirlər və atəşpərəstlər qalıblar.Bundan əlavə Suraxanıdakı “Atəşgah” məbədi vaxtilə atəşpərəstlər tərəfindən tikilib. 🔸memarlıq xüsusiyyətləri: Ənənəvi kompaziyaya malikdir.Şirvan-Abşeron memarlıq məktəbinin dəsti xətti açıq görünür.Karvansaranın şimal-qərb tinindəki otaqlar günümüzə qədər salamat qalmayıb deyr onların yerində bağça yaradılmışdır.Bildiyimiz kimi abidərin alt qisimlərində quyu və ya zirzəmi tikmək dövrün abidələrində ümumi hal idi.Belə ki,Multanı karvansarasının da zirzəmisi mövcud olub. ✔️Və bu abidənin ən maraqlı hissələrindən biridir.İndi karvansaranın şərq yarısının ərazisini tutan XX əsr yaşayış evi tərəfdən bu zirzəmi deyil,əsində 1ci mərtəbədir,hazırda restoram karvansara ikinci mərtəbə səviyyəsində yerləşir.Alimlər bildirir ki,1ci mərtəbə və zirzəmi yerin altında qalmışdır.(davamı rəydə/comment’də)⤵️ #aztagram müəyyən mənbə:wikipedia

2

ilahas_art_world

Jean-Léon Gérôme “The black bard” / “Qaradərili ozan” ,1888 #jeanleongerome

2

ilahas_art_world

Ford Madox Brown “ Take your son,Sir!” / “Götürün oğlunuzu,Cənab!” ,1851-1856

5

ilahas_art_world

Claudia Cairoli “Game final” / “Oyunun sonu” ,2013

2

ilahas_art_world

Stanley Spencer “The last supper” / “Son şam yeməyi” ,1920 🔸p.s-Last Supper/Son axşam yeməyi rəsm tablosunun bir neçə rəssamın gözü ilə çəkiliş tərzini(orginalı da daxil olmaqla) tapıb paylaşmışam.Bu da daha bir “Son şam yeməyi” tablosu Stanley Spencer dəsti xətti ilə #stanleyspencer

1

ilahas_art_world

Detallar üçün şəkilləri vərəqləyin🦋 RAMANA QALASI / RAMANA TOWER 🔹inşası: Şirvanşahlar dövləti dövründə 🔹üslubu: Şirvan-Abşeron memarlıq məktəbi 🔹tarixi: XIV əsr 🔹ünvanı: Bakı,Ramana 🔹hal-hazırdakı vəziyyəti və əhəmiyyəti: Dünya əhəmiyyətli mühüm tarixi abidə(qala) hal-hazırda muzey kimi fəaliyyət göstərir ☑️UNESCO-nun Ehtiyyat Siyahısı-na daxil edilib. ••• Bakı öz tarixi əhəmiyyətli qədim qalaları ilə zəngindir.Bakının ən hündür nöqtəsində yerləşən bu qədim qalanın hər daşında Azərbaycan tarixinin ətri duyulur.Nəhəng abidə,sanki, bu yerlərə nəzarət etdiyini bəyan edir.Qaladan,ərazidə yerləşən digər Baku qalalarını asanlıqla görmək olur.Dövrünün üslubuna uyğun- “Şirvan-Abşeron memarlıq məktəbi” xüsusiyyətlərini özündə daşıyan qala digər Bakı qalalarına çox bənzəsə də fərqli cəhətləri də var.Bu qala da həmçinin strateji müdafiə əhəmiyyətinə malik idi. ✔️Hətta bəzi tarixçilər qalanın işərisində “Qız qalası”na və Bakıxanov ərazisinə götürən yeraltı yollar olduğunu qeyd etmişdilər 🔹Plan və memarlıq həlli üsullarına görə Ramana qalası digər Abşeron qalaları ilə olduqca oxşar olsması ilə yanaşı özünün memarlıq kütləsinin daha mənzərəli kompozisiyası ilə onlardan çox fərqlənir.Bu onun yerləşdiyi relyefinin xüsusiyyətlərindər irəli gəlir.Qəsr dekorativ tərtibatdan məhrumdur və üslub əlamətlərinə əsasən bəzən olduqca qədim olduğu iddia edilərək X əsrin ortalarına da aid edilir.Bəzi tarixçilər XIII əsrə bir digərləri isə XVI əsrə.Belə ki,tarix dəqiq məlum deyil. ✔️Qala Azərbaycan Şirvanşahları dövründə müdəfiə əsaslı qala olmaqla yanaşı qəsr kimi də istifadə edilib.Bu haqda qalanın yaxınlığında yerləşdirilən məlumat lövhəsində qala “Ramana qəsri” adıyla qeyd edilib.Səbəb çox sadədir.Belə ki,o dövrdə inşa edilən Abşeron qalaları həm da qəsr adlanırdı.Bu qalaların görünüşü ada əsas verirdi.Qalalar orta əsrlər Avropasında inşa edilən qəsrlərə çox oxşayırdı.Əslində,inşa məqsədləri həmin qəsrlərdən tamamilə fərqlənirdi.Lakin görünüşün bənzərliyi onların qəsr kimi təqdim olunmasına kifayət edib.Avropa qəsrlərində feodallar,hökmdarlar,krallar yaşayırdılar. Davamı rəydə(comment’də)⤵️

5

ilahas_art_world

👩🏻‍🎨rəssam: Kitab illustarasiyaları üzrə gənc Rusiya əsilli rəssam Anna Zaytseva. 🎨əsər: ~Ken Kizi-nin “Ququ quşu yuvasının üzərindən uçarkən” adlı romanından bir illlustrasiya ~ tarixi: 2018-ci il

1